- Baxış sayı: 127
- 26 Aprel 2026 21:21
- Baxış sayı: 36
- Aprel 27, 2026
- 0

Albaniya paytaxtında qitə çempionatında sərbəst güləşçimiz Əli Sokayev (92 kq) finalda bolqarıstanlı rəqibini üstələdi. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra o, Tiranaya səfər edən azərbaycanlı KİV nümayəndələrinə bunu söylədi:
“İlk dəfə iştirak etdiyim Avropa çempionatında 1-ci yer tutduğuma çox sevinirəm. Məndən əvvəl 2 komanda yoldaşım finalda yenildiyindən, üzərimdə böyük məsuliyyət vardı. Allaha çox şükür, həlledici məqamda vəziyyəti dəyişə bildim.
Hər bir idmançının arzusu olimpiya oyunlarında iştirak etməkdir. Çəkim buna imkan vermədiyindən, onu dəyişməliyəm. Təbii ki, son sözü məşqçilər heyəti verəcək”.
Kamran HACI, Tirana