- Baxış sayı: 27
- 30 Aprel 2026 13:07
- Baxış sayı: 14
- Aprel 30, 2026
- 0

“Liverpul”un müdafiəçisi Virgil van Deyk cari mövsümün sonunda qapıçı Alissonun komandadan ayrılma ehtimalı barədə danışıb. Allsport.az saytı xəbər verir ki, bu yaxınlarda 33 yaşlı qolkiperin “Yuventus”a transfer olunmağa razılıq verdiyi barədə məlumatlar yayılıb:
“Gec-tez hər kəsin, o cümlədən mənim də getməli olduğu gün gəlir. Amma bu baş verərsə – və mən bu barədə heç nə bilmirəm. Düşünmürəm ki, o da bu barədə heç nə bilmir.
Onun qalmasını istəyirəmmi? Əlbəttə. Danışılacaq bir şey yoxdur. Hər kəsin bu barədə fərqli düşünməsi mümkündür. Şayiələr var, amma konkret bir şey ortaya çıxsa, hamımız bundan xəbərdar olacağıq”.