- Baxış sayı: 58
- 26 Aprel 2026 12:00
- Baxış sayı: 37
- Aprel 27, 2026
- 0

Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənc samboçuların Avropa birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda 23 ölkədən 357 idmançı iştirak edib.
Yeniyetmələrdə məşqçi Yaqub Abdullayevin rəhbərliyi ilə Abdullətif Musayev (53 kq), Yusif Hüseynov (58 kq) Elşən Fərzalıyev (+98 kq) 3-cü yer tutublar.
Gənclərdə məşqçi məşqçi Bəxtiyar Hacıyevin rəhbərliyi ilə Tuncay Şamil (98 kq) bütün rəqiblərini üstələyib. Elcan Ələkbərov (58 kq), Mikayıl Əmirov (71 kq) yalnız finalda yeniliblər. Hacbaba İmaməliyev (+98 kq) bürünc mükafat qazanıb.
Milliyə yegan qızıl medalı qazandıran samboçumuz ölkənin istedadlı gənclərindən sayılır. O, 2024-cü ildə Estoniya paytaxtı Tallində keçirilmiş gənc cüdoçuların Avropa çempionatının bürünc medalçısı, Ötən il Berlində və Poznanda təşkil olunmuş Avropa kuboklarında müvafiq olaraq 1-ci və 2-ci yer tutub.
Tuncay Şamil bu idman növündə olimpiya çempionu Zəlim Kotsoyevin qardaşı Aslan Kotsoyevlə yaranmış qarşılıqlı mübahisə səbəbindən, qərəzli olaraq ACF tərəfindən milli komandadan qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.
