Simeone təsdiqlədi

Simeone təsdiqlədi

“Atletiko”un baş məşqçisi Dieqo Simeone Avropanın aparıcı klublarının hücumçu Xulian Alvaresə olan marağını təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, əvvəllər onun “Barselona”da Robert Levandovskini əvəz edə biləcəyi bildirilirdi:

“Mən Xulian Alvares haqqında düşünmürəm, ona görə də onun “Arsenal”la əlaqələri barədə danışa bilmərəm. Başa düşürəm ki, onun kimi aparıcı oyunçuya “Arsenal”, “Pari Sen-Jermen” və “Barselona”nın ehtiyac duyması normaldır”.

O, “Mançester Siti”dən 90 milyon avroya transfer olunduğundan bəri “hindular”da 104 oyunda 48 qol vurub.

Həmin kateqoriyadan