“Hazırda ağlımda olan tək şey budur”

“Hazırda ağlımda olan tək şey budur”

“Benfika”nın baş məşqçisi Joze Mourinyu “Real”a mümkün təyinatla bağlı suala cavab verib.

Allsport.az saytı xəbər verir ki, 63 yaşlı portuqaliyalı məşqçinin “ağ-qaralar” üçün əsas namizəd olduğu və Madrid komandasının prezidenti Florentino Peresin artıq danışıqlara başladığı bildirilirdi:

“Növbəti məqsədim “Benfika”nı çempionlar liqasına vəsiqə qazanmaqdır. Növbəti 3 oyunda qalib gəlsək, Avropanın ən böyük turnirində oynayacağıq. Hazırda ağlımda olan tək şey budur”.

Həmin kateqoriyadan