Bayraqdar Anatoli Banişevskinin xatirə turnirində

“Neftçi”nin U-12 komandası əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə turnirdə iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, 2007-ci il təvəllüdlülər arasında fevralın 16-dan 23-dək “Amasiya” idman kompleksində keçiriləcək sınaqda rəqib “Əlincə” olacaq.

Flaqman 1/4 final mərhələsindəki rəqibini məğlub edəcəyi halda, yarımfinalda “Sabah” – “Amasiya ROFM” cütünün qalibi ilə qarşılaşacaq.

1/4 final mərhələsinin digər oyunlarında “Qarabağ” “Səbail”lə, “Xəzri” İK isə “Sərhədçi” ilə üz-üzə gələcək. İlk mərhələnin görüşləri fevralın 16-da, yarımfinal oyunları ayın 17-də, final görüşü isə 23-də baş tutacaq.

Həmin kateqoriyadan