“Belə oynamağa haqqımız yoxdur”

“Belə oynamağa haqqımız yoxdur”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub premyer liqanın V turunda “İmişli”ni 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandasının oyunundan danışıb:

“2:0 önə keçdikdən sonra hesabın bərabərləşməsi yaxşı hal deyil. Çünki belə vəziyyətdə oyunu davam etdirmək daha çətin olur. Ona görə də futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur. Eyni səhvləri təkrarlamamalıyıq. Bu haqda yenə danışacağıq. Bir daha belə səhvlər etməməliyik. Xüsusilə nəzərə alaq ki, buraxdığımız hər iki qol yersiz idi. Ən yaxşı məqamlardan biri meydana sonradan daxil olan futbolçuların tempi artırması idi”.

Həmin kateqoriyadan