“Biz qələbəyə layiq idik”

Premyer liqanın 32-ci turunda “Sabah” evdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib. Allsport.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi oyun haqda danışıb:

“Oyunçularımı təbrik edirəm. Çox yaxşı oynadılar. Komanda matçın əvvəlində bir qədər əsəbi görünürdü. Çünki bu matç bizim üçün çox önəmli idi. Fikrimcə, biz qələbəyə layiq idik. Yusif bu matçda komandaya çox kömək etdi. Lakin bu onun vəzifəsidir. Digər oyunçular da çox yaxşı oynadılar. Lakin deməliyəm ki, bəzi texniki səhvlərə də yol verdik. Onu da qeyd edim ki, son altı matçda ilk dəfə qol buraxmadan qalib gəldik. Artıq bu matçı unudub, sabahdan etibarən növbəti oyunumuza köklənməliyik”.

Həmin kateqoriyadan