- Baxış sayı: 54
- 05 İyun 2026 23:59
- Baxış sayı: 163
- İyun 05, 2026
- 0

“Neftçi” premyer liqanın 33-cü turunda evdə “Kəpəz”lə məhsuldar heç-heçə etdi (2:2). Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçi Samir Abbasov açıqlama verib:
“Reallıq budur ki, bizim üçün bu mövsüm bitib. Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq. İlk hissədə dominant futbol oynadıq. 10-15 dəfə rəqibin cərimə meydançasında olduq.
Bununla belə, epizodları qola çevirə bilmədik. Üstəlik, bunların çoxu rəqibin əks-hücumu ilə bitirdi. Sona 3 tur qalıb. Yenə də futbolçuları kökləyəcəyik, qarşıdakı oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq”.