“Böyük” böyük danışdı: Onda belə getsə, 2 ildən sonra Azərbaycanda komanda qalmayacaq

“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev ölkə futbolundakı son hadisələrə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, həmkarımzla söhbətdə o, əsasən aktual məsələlərə toxunub. Qol-az açıqlamasında mütəxəssis bunu söyləyib:

“Mən inanıram ki, növbəti mövsüm üçün yeni komanda tapacaqlar və 8 komandal çempionat olmayacaq. Komandanı tapmaq lazımdır, yoxsa özü gəlməlidir? Gəlməlidir, hökmən yetişib gəlməlidir. Təəssüf ki, gələ bilmirlər. Ona görə də tapmaq lazımdır. Mən 8 komandanın olacağına inanmıram. Onda belə getsə, 2 ildən sonra Azərbaycanda komanda qalmayacaq. Belə çıxır ki, çempionat keçirmək üçün komanda tapılmayacaq.

Ancaq bu il 10 komanda olacağını bilirəm. Azərbaycanda futbol çökür. Artıq klub prezidentləri də əvvəlki kimi maraq göstərmir. Baxın, necə klub prezidenti qıraqda qaldı. “Xəzər Lənkəran” kimi komanda artıq yoxdur. Bu, necə qəbul oluna bilər? Təbii ki, buna çox məyus oldum. İnsan öz rəqibini itirəndə də pis olur. Siz təsəvvür edin ki, 2-3 il bundan əvvəl çempionat başlayanda 6-7 komanda çempionluq uğrunda mübarizə aparırdı. İndi isə təkcə “Qarabağ” var. Belə çempionat olar?”

Həmin kateqoriyadan