“Boz ev” region liqasında 2 kluba texniki məğlubiyyət verib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif yarışlarla bağlı qərarlar çıxarılıb:

Region liqasında “Şamaxı” – “Ağsu Siti” matçının 70-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Fərid Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Səbail” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Rauf Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gənclər liqasında “Neftçi” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Səbail” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Səbail”in futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 89-cu dəqiqəsində “Səbail”in futbolçusu Xəyal Bədirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 liqasında “Qəbələ” – “Neftçi” matçının 90+6-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Veysəl Rzayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
“Mil-Muğan” – “Tufan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Əlif Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
“Sumqayıt” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ”nin futbolçusu Nazim Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 liqasında “Səbail” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elnur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 77-ci dəqiqəsində “Səbail”in futbolçusu Fərid Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Turan Tovuz” – “Gəncə” TİM matçının 67-ci dəqiqəsində “Gəncə” TİM-in futbolçusu Rəşid Zeynalov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 liqasında UGİM 1 (Sumqayıt) – UGİM (Şabran) matçının 52-ci dəqiqəsində UGİM 1-in futbolçusu Elnur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Qarabağ” – “Sabah” matçının 57-ci dəqiqəsində “Sabah”ın futbolçusu Həmzəali Mikayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Binə” – “Neftçi” matçının 58-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Səid Məmmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 60-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Rüfət Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Əlincə” – EFA matçının 17-ci dəqiqəsində EFA-nın futbolçusu Nicat Cabbarlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Turan Tovuz” – “Azəri TİM” matçında “Azəri TİM” klubunun məşqiçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 liqasında “Qəbələ” – “Neftçi” İK İB matçının 18-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Həbib Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 35-ci dəqiqəsində “Neftçi” İK İB klubunun məşqiçisi Şahin Şahhüseynli texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 liqasında UGİM-1 (Sumqayıt) –UGİM-2 matçında UGİM-2 klubunun məşqiçisi Kənan Kərimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Şirvan” – “Mürtülü” matçında “Mürtülü” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 liqasında UGİM 2 (Sumqayıt) – “Məhəllə uşaqları” matçında UGİM 2 klubunun məşqiçisi Nicat Tağıyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 qızlar liqasında “Keşlə” (Bakı) – “Fidan” (Bakı) matçında “Fidan” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin kateqoriyadan