“Bu da önəmli məqamdır”

“Bu da önəmli məqamdır”

“Qarabağ” premyer liqanın VII turunda səfərdə “İmişli”yə 1:0 hesabı ilə qalib gəlib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qalibiyyət oldu. Oyunçular çox əziyyət çəkdilər və intizamlı çıxış etməyə çalışdılar. Bu da önəmli məqamdır. Önümüzdə kompakt müdafiə olunan rəqib var idi. Buna görə də səbirli oynamaq lazım idi. Bunu da bacardılar. Azarkeşlərimizi də təbrik edirəm. Bəlkə də, elə azarkeşlərimiz var ki, 1000 çempionat oyununun hamısında iştirak ediblər. Onlara təşəkkür edirəm. Qarşıdakı matçlara daha ciddi hazırlaşmağa çalışacağıq”.

Həmin kateqoriyadan