“Bu hakimlik bəlkə də ən bərbad idi”

Azərbaycan kubokunun finalında “Qarabağ” – “Sabah” (əlavə vaxtda – 2:3) oyunundan sonra şərti meydan sahibinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis matçda hakimlkdən gileylənib:

“Sabah”ı təbrik edirəm, qarşıdakı avrokuboklarda onlara uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mövsüm keçirdilər. Bizim üçün ən gərgin alınan mövsümlərdən biri oldu.

Bu hakimlik bəlkə də ən bərbad idi. Hər şeyi çox təcrübəli aparırdı (baş hakim İnqilab Məmmədovu nəzərdə tutur). İllərin təcrübəsi bu gün özünü göstərdi.

Hər bir futbolçudan razı qaldım. Bu gün möhtəşəm atmosfer var idi. Məncə, bütün matçlarda belə atmosfer yaransa, futbolçular daha həvəsli və keyfiyyətli olarlar”.

Həmin kateqoriyadan