“Heydər Əliyev” kuboku başlayır

Mayın 2-də yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev” kuboku beynəlxalq turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda iştirak edəcəklər.

185 boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev″ kubokunun final görüşləri mayın 7-də olacaq. Yarışın ilk günü saat 15:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.

Tədbirin supervayzeri Pavlo Vasilinçuk (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.

Həmin kateqoriyadan