- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Mərkəz yarımmüdafiəçisi Kobbi Meynou “Mançester Yunayted”də qalacaq. Allsport.az saytı xəbər verir ki, tərəflər müqaviləni 2031-ci ilin iyun ayına qədər uzadıblar.
21 yaşlı futbolçu “qırmızı şeytanlar”ın yetirməsidir və 6 yaşından bu klubda oynayır.
Bu mövsüm Meynou bütün yarışlarda 26 oyunda iştirak edib və 3 məhsuldar ötürmə edib.