- Baxış sayı: 37
- 22 Sentyabr 2026 17:14
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

UEFA “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysın “Atletiko”ya qarşı yarımfinalın ilk oyunundan sonra verdiyi açıqlamaları araşdırmaq niyyətindədir. Allsport.az saytı xəbər verir ki, buna görə oyunçu cəzalandırıla bilər.
İngilis futbolçu Madriddə 1:1 hesablı heç-heçədən sonra hakimliyi tənqid edib: “Düşünürəm ki, çempionlar liqası tamamilə fərqlidir. Hər 2 cərimə meydançasında diqqətli olmaq lazımdır, çünki burada hamı fit çalır.
Eze ilə bağlı ikinci hadisə açıq-aşkar bir penalti idi. Bunun necə təyin olunmadığını başa düşmürəm. Məncə, “Atletiko” azarkeşləri hakimin qərarına təsir ediblər və onun fikrini dəyişməsinə səbəb olublar”.