Küsülü qardaşlar barədə nə dedi?

Rusiyalı promouter Vadim Finkelşteyn 2 qardaş – Rusiya MMA döyüşçüləri Fyodor və Aleksandr Yemelyanenko arasındakı münaqişədən danışıb. Allsport.az saytı xəbər verir ki, qardaşlar təxminən 15 ildir ki, bir-biri ilə danışmırlar:

“Bilmirəm… Fyodor həmişə ona kömək etmək üçün əlindən gələni edib. Mən də onlarla birlikdə olduğum müddətdə. Mən də müəyyən bir nöqtəyə qədər onlarla birlikdə idim, ona görə də (indi) nə baş verdiyini bilmirəm.

Amma bilirəm ki, Fyodor həmişə ona kömək edib, həmişə! Fedya artıq nə edəcəyini bilmirdi. Saşa yaramaz bir şey etsəydi, Fedya həmişə köməyə gələrdi. Bildiyim qədəri ilə. Mən həmişə onun üçün narahat olmuşam, həmişə ona dərs demişəm”.

Həmin kateqoriyadan