- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 217
- Avqust 05, 2026
- 0

“Mançester Yunayted”in əfsanəsi Pol Skoulz, Liam Rosenyorun 2026-cı ilin yanvar ayında “Çelsi”nin baş məşqçisi təyin olunması ilə bağlı fikrini bildirib.
Allsport.az saytı xəbər verir ki, 41 yaşlı mütəxəssis premyer liqada ardıcıl quru məğlubiyyətlərdən sonra bu ay London klubundan qovulub.
“”Çelsi” sahiblərinin nəyə nail olmağa çalışdığını heç cür başa düşmürəm. Gənc oyunçular yetişdirmək? Əgər onların planı budursa, bunun necə işlədiyini bilmirəm.
Əlbəttə, günahın böyük hissəsi rəhbərliyin üzərinə düşür. Hətta onlardan başqa, düşünmürəm ki, futbolda heç kim Liam Rosenyorun “Çelsi” üçün uyğun məşqçi olduğunu düşünüb. Mənim üçün bu, sadəcə dəlilik idi”.