- Baxış sayı: 102
- 30 Aprel 2026 21:59
- Baxış sayı: 59
- Aprel 30, 2026
- 0

“Neftçi” ölkə çempionatının 21-ci turundan təxirə salınan oyunda öz meydanında “Qarabağ”a 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında “xalq komandası”nın baş məşqçi Yuri Vernidub 5 il sonra gələn qələbəyə qısa şərh verib:
“İlk növbədə “Neftçi” azarkeşlərini təbrik edirəm. Eyni zamanda, bundan əvvəlki məğlubiyyətə görə onlardan üzr istəyirəm. Bu bizim üçün çox vacib qələbə idi. Sonuncu məğlubiyyətdən yaxşı nəticə çıxardıq ki, bu gün oyunumuz pis alınmadı. “Neftçi” ailəsini bir daha təbrik edirəm”.