Avropa kuboku yenidən Bakıda

Bədii gimnastika üzrə Avropa kuboku yenidən Bakıda keçirilir. Allsport.az saytı xəbər verir ki, bu yarışda 32 ölkədən 135 böyüklər və 62 gənc gimnast iştirak edərək? öz ustalıqlarını nümayiş etdirirlər.

Yarışın ilk günündə, təsnifat mərhələsində gənc gimnastlar fərdi proqramda müxtəlif alətlər üzrə çıxışlarını təqdim ediblər. Qrup hərəkətləri proqramında isə komandalar çoxnövçülük üzrə performanslarını sərgiləyiblər. Arenada ilk gündən etibarən yalnız idman deyil, incəsənət və zərifliyin harmoniyası nümayiş olunub.

Təsnifat mərhələsinin sonunda ən yüksək nəticə göstərən 8 ölkənin fərdi gimnastları müəyyənləşib və onlar sabah komanda şəklində çarpaz qarşılaşmalarda mübarizəni davam etdirəcəklər. 

Kubokda yalnız fərdi gimnastlar deyil, böyüklər yaş kateqoriyasında qrup hərəkətləri komandaları da çarpaz formatda yarışaraq qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Həmin kateqoriyadan