Qapıçını dümsüklədi, müdafiəçini vurdu, hücumçunu təpiklədi

“Avanqard”ın baş məşqçisi Qay Buşe, Qaqarin kubokunun yarımfinalının 4-cü oyununda “Lokomotiv”in hücumçusu Riçard Paniklə bağlı hadisəni şərh edib.

Oyun Omsk təmsilçisnin 2:0 qələbəsi ilə başa çatıb. Hadisələrdən birində buzüstü xokkeyçi “dəmiryolçular”ın müdafiəçisi Maksim Lajuanın üzünə yumruq vurub. Slovakiyalı itələnib uzaqlaşdırılıb, sonra yıxılarkən qapıçı Nikita Serebryakovu konkisi ilə tutub. Daha sonra buz üzərində uzanarkən ona tərəf konki sürən “Avanqard”ın hücumçusu Nail Yakubovu təpikləyib.

“Panik əvvəlcə qapıçını dümsükləyib, sonra Lajuaya yumruq vurub və nəhayət Yakubovu təpikləyib. Bundan sonra nə baş verərdi, qətl?”

Həmin kateqoriyadan