- Baxış sayı: 46
- 01 Aprel 2023 20:50
- Baxış sayı: 111
- Aprel 01, 2023
- 0
Sabirabadda cüdo təlim mərkəzi istifadəyə verilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli çıxış edib:
“Yeni təlim mərkəzi bu rayonda cüdonun daha kütləvləşdirilməsi, yeniyetmə-gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə milli komandalara istedadlı idmançıların aşkarlanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Biz bundan sonrada bölgələrdə məşq zallarının inşasına və bərpasına diqqət ayıracağıq”.