- Baxış sayı: 120
- 26 Aprel 2026 21:21
- Baxış sayı: 103
- Aprel 26, 2026
- 0

Albaniya paytaxtında keçirilən Avropa çempionatında sərbəst güləşçimiz Turan Bayramov 74 kq-da final görüşündə yenilərək, gümüş medalla kufayətləndi. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra o, Tiranaya səfər edən azərbaycanlı KİV nümayəndələrinə açıqlama verdi:
“Uzun müddət sonra yenidən Aropa çempionatında fərqləndim. Çox istərdim ki, qızıl medal qazanım, amma alınmadı. Allah qoysa, növbəti ciddi sınaqlarda bunun əvəzini çıxacağam.
Hər kəs bilir ki, 74 kq ən rəqabətli çəkilərdəndir. Burada yer tutmaq asan deyil. Razıyam, Taymuraz Salqazanov uyğun rəqiblərdən sayılmır. O, fiziki gücünün hesabına qarşı tərəfi sıxışdırıb döşəkdən çıxarır. Mənə isə açıq güləşənlərlə rahatdır”.
Kamran HACI, Tirana