Dünya Kubokunu buraxacaq

“Real”ın mərkəz müdafiəçisi Eder Militaunun bud əməliyyatı uğurla keçirdiyini açıqlayıb.

Allsport.az saytı xəbər verir ki, 28 yaşlı futbolçu 21 apreldə “Alaves”lə matçda sol ayağında proksimal biseps vətərinin qırılmasından əziyyət çəkirdi.

Braziliyalı qarşıdan gələn Dünya Kubokunu buraxacaq və oktyabr ayına qədər meydana çıxmayacaq.

Militau bu mövsüm “qalaktikos”da 21 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan