- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Tiranada keçirilən Avropa çempionatında sərbəst güləşçimiz Cəbrayıl Hacıyev (79 kq) bu yarışda ilk medalını qazandı. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra o, Albaniya paytaxtına səfər edən azərbaycanlı idman yazarlarına qitədə ilk böyük uğurunun sevincini paylaşdı:
“Komandamız bu yarışa yaxşı hazırlaşmışdı. Bunun nəticəsində 5 güləşçimiz finala çıxdı. Mən orada olmasam da, 3-cü yer uğrunda görüşdə fürsəti əldən vermədim. Qarşıda dünya çempionatı var. Allahın köməkliyi ilə həmin yarışa daha yaxşı hazırlaşaram”.
Kamran HACI, Tirana