- Baxış sayı: 39
- 28 Aprel 2026 20:20
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

Hücumçu futbolçu Leon Beyli “Aston Villa”dan “Zenit”ə keçməyə yaxın idi, lakin İngiltərədə siyasi səbəblərə görə transfer dayandırılıb. Allsport.az saytı xəbər verir ki, bu barədə Avropa və Latın Amerikasında geniş fəaliyyət göstərən “Muy Manero”nun sahibi, futbol agenti Nathan van Kuperen bildirib:
“İngiltərə ilə daha çətindir, çünki onların hələ də Rusiya klubları ilə işləmək üçün sərt qaydaları var. Bir neçə il əvvəl Leon Beylinin “Aston Villa”dan “Zenit”ə transferini yekunlaşdırmağa yaxın idik. İngiltərə Futbol Assosiasiyası sonda siyasi səbəblərə görə bu transferi dayandırdı”.