- Baxış sayı: 3
- 22 İyun 2026 04:04
- Baxış sayı: 24
- İyun 22, 2026
- 0

“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XXXV turuna təsadüf edib.
“Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.
250-ci qol 2018-ci ildə premyer liqada debüt edən “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.
“Zirə” – “Sabah” matçı 1:1 hesabı ilə başa çatıb.