- Baxış sayı: 21
- 06 Avqust 2026 11:51
- Baxış sayı: 168
- Avqust 05, 2026
- 0

İspaniya millisinin yarımmüdafiəçisi Qavi 2026-cı il dünya çempionatında verdiyi sözü yerinə yetirib.
Allsport.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsində futbolçu İspaniya çempion olacağı təqdirdə saçlarını çəhrayı rəngə boyayacağını açıqlamışdı.
Qavi bu gün sosial şəbəkə hesabında yeni görünüşünü əks etdirən selfi paylaşaraq vədinə əməl etdiyini göstərib. O, paylaşımına “Sözümün üstündə durdum” sözlərini yazıb.
Xatırladaq ki, İspaniya millisi iyulun 19-da dünya çempionatının finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək çempion olub.
