“D” kateqoriyalı məşqçi kursları davam edir

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Göygöl olimpiya idman kompleksində “D” kateqoriyalı məşqçi kursları davam edir. Kursun ikinci günündə dərslər nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib.

Allsport.az saytı xəbər verir ki, AFFA-nın məşqçi kurslarının təlimçiləri tərəfindən keçirilən kursun 2-ci günündə iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzulara dair praktiki örnəklər nümayiş etdirilib və onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb.

Həmin kateqoriyadan