Emil Balayevli “Ayntraxt” Bundesliqasında qaldı

Almaniyanın əsas Bundesliqasında 16-cı yeri tutaraq elitanı tərk etmək təhlükəsi ilə üzləşən “Ayntraxt” klubu 2-ci dəstədə 3-cü yeri tutmuş “Nürnberq”lə cavab pley-off matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, bu mərhələdən qalib çıxacaq kollektiv növbəti mövsümdən yüksək liqada, məğlub tərəf isə 2-ci Bundesliqada çıxış edəcəkdi.

Azərbaycan millisinin qapıçısı Emil Balayevin komandası ilk oyunu doğma meydanda keçirmiş və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Amma Frankfurt təmsilçisi aşağı liqadan gəlmiş rəqibi ilə səfər matçında istəyinə çata bilib. 1:0 hesablı qələbəyə sevinən “Ayntraxt” elitadakı yerini qoruyub. Həmyerlimiz bu dəfəki matçda da iştirak ərizəsində yer almayıb.

Həmin kateqoriyadan