“Əmindim ki, bu heyətlə nələrsə etmək olar”

Bu gün “Kəpəz” premyer liqanın 32-ci turunda səfərdə “Qəbələ”yə 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Adil Şükürov bunu dedi:

“Bu gün qələbəni bizə bəxş edən Allaha çox şükür olsun. Premyer liqada qalmağımızı rəsmən təsdiqlədik. Bunu öz əməyimizin zəhməti sayəsində nail olduq. Bu uğurda hər kəsin payı var.

“Qəbələ” ölkə futboluna çox şey bəxş edib. Klubun bazası Azərbaycanda 1 nömrədir. “Qəbələ”nin yaxşı akademiyası var. Bu komandanı qorumalıyıq, dəstək verməliyik.

Sələfim Azər Məmmədov yaxşı heyət qurmuşdu. Sadəcə, hərənin futbola öz baxışı, fəlsəfəsi var. “Kəpəz”ə keçməmişdən öncə “Səbail” ilə oyununu görmüşdüm. Əmindim ki, bu heyətlə nələrsə etmək olar”.

Həmin kateqoriyadan