Flaqman daha 3 futbolçu ilə yolunu ayırdı

“Neftçi” klubu – Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin ilə başa çatan müqavilələri yenilənməyib. Allsport.az saytı xəbər verir ki, hər üç oyunçuya təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

2025-ci ilin oktyabrında transfer olunmuş kamerunlu ulduz “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, premyer liqada meydana çıxdığı 16 oyunda 7 dəfə fərqlənib, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarından sayılıb.

2024-cü ilin yayında transfer olunmuş Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda çıxış edib.

Həmin kateqoriyadan