Flaqmanın futbolçusu “Milan”da

Neftçi”nin futbolçusu Lorenzo Mezzotero hər il ənənəvi keçirilən “Milan günləri”ndə iştirak edib. Allsport.az saytı xəbər verir ki, toplanışa 33 ölkədən 2003-2004 və 2007-2008-ci il təvəllüdlü 306 uşaq və yeniyetmə qatılıb. 2008-ci il təvəllüdlü Lorenzonun oyunu və potensialı klubun mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.

“Milan” ölkə xaricində oynayan istedadlı italiyalı futbolçulara hər il dəvət göndərərək, onların hazırlıq səviyyəsini yoxlayır. “Neftçi” İtaliya təmsilçisinin dəvətini müsbət dəyərləndirərək, Mezzoteronun toplanışda iştirak etməsi üçün lazımi şəraiti yaradıb.

Martın 30-u “ağ-qaralar”a qoşulacaq futbolçu aprelin 6-sı start götürəcək İzmir kubokunda komandanın heyətində olacaq.

Həmin kateqoriyadan