- Baxış sayı: 24
- 17 İyun 2025 20:58
- Baxış sayı: 85
- İyun 17, 2025
- 0
Azərbaycan premyer liqasının XXXIV turunun “Qarabağ” – “Araz-Naxçıvan” (2:0) oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, görüş barədə bunu deyib:
“Futbolçularımı təbrik edirəm. Bu gün hamısı qalib gəlmək istəyirdi və 90 dəqiqə özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Ümumilikdə futbolçularımın oyuna yanaşmalarından razı qaldım. Bəzi texniki səhvlərin olması normaldır. Ancaq əvvəldən sona qədər qalib gəlmək üçün xeyli güc sərf etdilər. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə də təşəkkür edirəm”.