- Baxış sayı: 35
- 22 İyun 2026 11:16
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0
Portuqaliya Sequnda liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası səfərdə “Olhanense” ilə qarşılaşıb.
“Sportinq B” bu matçda heç-heçə edib – 2:2. Futbolçumuz görüşə start heyətdə başlayıb və sonunadək meydanda olub. O, 83-cü dəqiqəsində lissabonluları hesabda önə keçirən qola imza atıb – 2:1. Amma son dəqiqələrdə daha bir qol buraxan qonaqlar 1 xalla kifayətlənməli olublar.
Qeyd edək ki, “Sportinq”in 2-ci komandası hazırda 18 xalla 22 komanda arasında 10-cu pillədədir.