- Baxış sayı: 59
- 07 İyul 2025 18:34
- Baxış sayı: 166
- İyul 17, 2025
- 0
Gəncə olimpiya idman kompleksində voleybol üzrə yeniyetmə qızlar arasında Gəncə regional voleybol klubunun daxili birinciliyi keçirilib.
Allsport.az saytı xəbər verir ki, olimpiya sistemi ilə keçirilən yarışda, 6 şəhər və rayondan (Gəncə, Samux, Mingəçevir, Yevlax, Bərdə və Goranboy) 8 komanda iştirak edib.
Gərgin keçən oyunlarda Mingəçevir 1-ci, Yevlax 2-ci, ev sahibləri 3-cü yer tutublar. Bu komandalar medal və diplomlarla təltif olunub, yarışın qalibi isə kubokla mükafatlandırılıb.
Yarışın keçirilməsində əsas məqsəd perspektivli idmançıların seçilməsi və Gəncə RVK-nın əsas heyətinə cəlb olunmasıdır.