- Baxış sayı: 82
- 28 Oktyabr 2026 13:46
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

“Real”ın yarımmüdafiəçisi Dani Seballos karyerasını “Ayaks”da davam etdirə bilər.
Allsport.az saytı xəbər verir ki, Niderland təmsilçisi “Kral klubu” ilə danışıqlar aparır. 29 yaşlı ispaniyalı futbolçunun transfer qiyməti 6 milyon avroya çata bilər.
Futbolçunun “qalaktikos”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Aprel ayında yarımmüdafiəçi “Los Blancos”un heyətindən çıxarılıb.