O da “kəhər atlar”a qoşuldu

Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobatu “Qarabağ”a keçib. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Ötn ildən bu komandada çıxış edən futbolçu ilk dəfə legionçu həyatı yaşayacaq. O, 2015-2021-ci illər aralığında “Sportinq”in akademiyasında yetişib. Karyerası ərzində “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Samuel Lobatu yay transfer pəncərəsində “kəhər atlar”a qoşulan 3-cü futbolçudur. Onadək Jali MauddibZəkəriyə Savonun keçidi rəsmiləşmişdi.

Həmin kateqoriyadan