- Baxış sayı: 44
- 22 May 2026 13:56
- Baxış sayı: 69
- May 22, 2026
- 0

Mayın 22-də Azərbaycan şahmat federasiyasının növbəti hesabat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də hesabat ili ərzində vəfat edən şahmat ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda AŞF-nin prezidenti Mahir Məmmədov və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Mahir Məmmədov 2025-ci ilin yekunlarına dair hesabat təqdim edib. Daha sonra hesabat ilində Azərbaycan şahmatında baş verən hadisələri əks etdirən videoçarx nümayiş olunub. Ardınca federasiyanın 2025-ci il üzrə büdcə hesabatı dinlənilib və qəbul edilib.
İclas çərçivəsində AŞF-nin yeni loqosu və yenilənmiş rəsmi veb-saytı konfrans iştirakçılarına təqdim olunub. Federasiyanın hakimlər, məşqçilər, uşaq və gənclər, bəstəçilik, eləcə də qadın və sosial məsələlər üzrə komissiyalarının 2025-ci il ərzində gördüyü işlərə dair hesabatlar dinlənilib. Sonda Mahir Məmmədov konfrans iştirakçılarına təşəkkürünü bildirib.
