- Baxış sayı: 41
- 05 İyul 2026 14:20
- Baxış sayı: 50
- İyul 05, 2026
- 0

Sol cinah müdafiəçisi Alfonso Pedrasa mövsümün sonunda “Vilyarreal”dan ayrılacaq.
Allsport.az saytı xəbər verir ki, 30 yaşlı futbolçu klubun yetirməsidir və heç vaxt başqa yerdə oynamayıb. O, illər ərzində “Alaves”, “Luqo”, “Betis” və “Lids”də icarə əsasında çıxış edib.
Alfonso “sarı sualtı qayıq” üçün 200-dən çox oyun keçirib və 2020/21 mövsümündə Avropa liqasını qazanıb.