- Baxış sayı: 33
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

Qadın voleybol millisi Avropa liqasına hazırlığını yurd dışında davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, qızlarımız bu məqsədlə Macarıstana yola düşüb.
12-dən 16-dək orada təlim-məşqin ardından komandamız davam üçün Sloveniyaya adlayacaq. Bu ölkədə toplanış mayın 29-dək davam edəcək.
Hazırlıq çərçivəsində millimiz bir sıra yoxlama oyunları keçirməsi də planlaşdırılır. Təlim-məşqə 14 voleybolçu cəlb olunub.
Yığmamız Avropa liqasındakı ilk görüşlərini Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda rəqiblər İsveç və Estoniyadır.