- Baxış sayı: 34
- 02 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda taekvondo üzrə klublararası Avropa çempionatında ümumi komanda hesabında Azərbaycan 1-ci yer tutub və kubokun sahibi olub.
Allsport.az saytı xəbər verir ki, şəxsi mübarizədə Aydan Hüseynova (36 kq, “İrəvan” TK) və Rada Əsəd (44 kq, “Mübariz” TK) qızıl medal qazanıb.
İslam Quluzadə (33 kq, “Alpman” TK), Göyalp Çilingir (40 kq, Nərimanov RİK), Renad Zülfiqarlı (+57 kq, “Alov” TK) 2-ci yerlə kifayətləniblər.
Əkbər Tağıyev (+30 kq, “Atlet” TK) bürünc mükafata yiyələnib.