- Baxış sayı: 22
- 05 Avqust 2026 19:14
- Baxış sayı: 132
- Avqust 05, 2026
- 0

Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovun həyat yoldaşı, Rusiya millisinin sabiq futbolçusu İrina Podşibyakina futbolçunun gələcəyi ilə bağlı danışıb.
Allsport.az xəbər verir ki, o, həyat yoldaşının başqa ölkədə çıxış etməyin arzusunda olduğunu bildirib:
“Onun arzusu özünü başqa yerdə sınamaqdır. Aleksey “Lokomotiv”ə sonsuz dərəcədə minnətdardır və hər zaman bu klub üçün əlindən gələni etməyə hazırdır. Amma elə bir fürsət yaranarsa ki, arzusu başqa yerdə davam etsin, bu, onun seçimidir”.
Daha əvvəl Aleksey Batrakovun Fransa PSJ-si və Türkiyənin “Qalatasaray” klubunun maraq dairəsində olduğu barədə xəbərlər yayılmışdı. 21 yaşlı futbolçunun “Lokomotiv”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.