“Hatayspor” elita ilə vidalaşır

Türkiyə super liqasını tərk edəcək növbəti komanda məlum olub.

Allsport.az xəbər verir ki, bu, “Hatayspor” klubudur.

Hatay təmsilçisi XXXIII turda “Beşikdaş” 1:5 hesabı ilə uduzub. Onlar 19 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıblar. Bununla da sona beş tur qalmış “Hatayspor”un elita ilə vidalaşacağı dəqiqləşib.

Daha əvvəl “Adana Dəmirspor”un da super liqanı tərk edəcəyi bilinib.

Həmin kateqoriyadan