- Baxış sayı: 26
- 22 Noyabr 2026 18:57
- Baxış sayı: 614
- Noyabr 20, 2026
- 0

“Araz-Naxçıvan” premyer liqanın XII turunda öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Yuri Maksimov bunu deyib:
“Lider komandaya qarşı oynayacağımızı bilirdik. Daha çox topla oynamağa, topa nəzarət etməyə çalışdıq. Amma buraxılan birinci qol bizi büdrətdi. Fasiləyə qədər hesabı bərabərləşdirməyi çox istəyirdik. İkinci hissədə yenə qollar buraxdıq. Futbolu 11 nəfər oynamır. Bizim dəyişməli olduğumuz oyunçularımız da var idi, ancaq zədəlilərimiz çox olduğuna görə heyətdən maksimum istifadə edə bilmədik. Cavan oyunçulara da şans verdik. Halbuki onlar bəlkə də ilk dəfə premyer liqa oyununa cıxırdılar. Aydın məsələdir ki, qollar buraxırıq. Amma yenə də yolumuza davam edirik”.