- Baxış sayı: 34
- 22 Noyabr 2026 20:09
- Baxış sayı: 621
- Noyabr 20, 2026
- 0

“Qarabağ” premyer liqanın XII turunda səfərdə “Kəpəz”lə 0:0 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Burada olan atmosferə görə “Kəpəz” klubuna və gəncəli azarkeşlərə təşəkkür edirəm. Sanki avrokubok oyununda idik. Əsl futbol üçün hər cür şərait var idi. Qələbə üçün sona kimi hər şeyi etməyə çalışan futbolçularıma təşəkkürümü bildirirəm. Azarkeşlərimiz də burada idilər. Geriyə addım yoxdu, ancaq irəli getməyə çalışırıq. Qarşıdakı matçlara daha pozitiv notlarla hazırlaşacağıq. Rəqiblərin bizə qarşı istəyinin həddən artıq böyük olması, sistemi dəyişmələri bir tərəfdən sevindiricidir. Bu da “Qarabağ”a verilən dəyəri göstərir. Yeni gələn futbolçular da çempionatın gücünü tam hiss etməyə başlayıblar. Daha məsuliyyətli, istəkli və hərəkətli olmalıyıq. Futbolçular get-gedə bir-birilərini daha yaxşı başa düşürlər. Qarşıdakı oyunlarda daha yaxşı olacağımıza inanıram”.