Gimnastlarımızdan Daşkənddə 10 medal

Gimnastlarımızdan Daşkənddə 10 medal

Azərbaycan gimnastları Daşkənddə keçirilən “Velvet road” beynəlxalq turnirində 10 medal qazanıblar.

Allsport.az xəbər verir ki, noyabrın 16-dan 22-dək təşkil olunan yarışda idman gimnastikası üzrə təmsilçilərimiz 3 qızıl, 3 gümüş və 4 bürünc medala sahib çıxıblar.

Kişi idman gimnastikası üzrə yarışlarda Rəsul Əhmədzadə dəstəli atla hərəkətlərdə gümüş medal qazanıb.

Qadın gimnastlarımız isə həm fərdi, həm də komanda yarışlarında fərqləniblər. Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət komandamız çoxnövçülük üzrə qızıl medala layiq görülüb.

Fərdi çoxnövçülükdə Dəniz Əliyeva qızıl, Nazənin Teymurova isə bürünc medal əldə edib. Gənclər arasında bu proqram üzrə çıxış edən Lalə Zamanlı gümüş mükafat qazanıb.

Ayrı-ayrı alətlər üzrə final mərhələlərində də gimnastlarımız uğurlu nəticələr göstəriblər. Dəniz Əliyeva müxtəlif hündürlüklü qollarda qızıl, dayaqlı tullanmada bürünc medal əldə edib. Nazənin Teymurova dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda isə bürünc medala sahib çıxıb. Gənclər arasında müxtəlif hündürlüklü qollarda çıxış edən Leyla Məmmədzadə də bürünc medal qazanıb.

Həmin kateqoriyadan