“Heyətimizi gücləndirməyə ehtiyac var”

“Neftçi” güclülər dəstəsinin 33-cü turunda səfərdə “Kəpəz”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub bunu deyib:

“İstəyimizə nail olduq. Hazırda turnir cədvəlindəki mövqeyimiz bizə konfrans liqasında iştirak etmək hüququ verir. Kimin gedib, kimin qalacağına gəlincə, bəzi futbolçuların müqavilələri bitib.

Mövsüm başa çatdığı üçün artıq bu işlə daha konkret məşğul olacağıq. Həm avrokuboklarda, həm də növbəti ölkə çempionatında daha yaxşı nəticə göstərmək üçün heyətimizi gücləndirməyə ehtiyac var.

“Neftçi” ilə uzunmüddətli layihəyə gəlincə, belə bir təklif olarsa, əlbəttə, düşünərəm. Çünki mən Azərbaycanı, onun xalqını, buradakı insanları səmimiliyinə, qonaqpərvərliyinə görə çox sevirəm və bu gün burada olduğum, bu şəraitdə çalışdığım üçün məmnunam”.

Həmin kateqoriyadan