“İlk hissədə edə bilmədiklərimizi 2-cidə etdik”

“Neftçi” güclülər dəstəsinin 31-ci turuna evdə “Şamaxı”ya 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçi Yuri Vernidub bunu deyib:

““Neftçi” olaraq adımıza layiq oyun göstərməyə çalışırıq. “Neftçi” elə komandadır ki, ilk dəqiqələrdən aqressiv olmalı, pressinq etməli, sonadək topa nəzarəti özündə saxlamalıdır. Bizdən aşağı sıralarda qərarlaşan komandalara tez qol vuranda oyunumuz daha da asanlaşır.

Bəzən bu bizdə yaxşı alınır. Bugünkü matçda da çox erkən qol vurduq, amma bir neçə dəfə fürsəti boşa verdik. Əvəzində, ilk hissədə edə bilmədiklərimizi 2-cidə etdik. Mənə xoşdur ki, komandam vəziyyəti dərk edir və oyunun əvvəlindən müdafiəyə oturmur”.

Həmin kateqoriyadan