“İnter”in baş məşqçisi Ramin Musayevə qarşı çıxdı

“Çempionatda bu qədər uzunmüdədlit fasilə olması mənfi haldır. Çalışırıq ki, komanda oyun praktikası baxımından əziyyət çəkməsin. Amma bu, tam alınmır. Çünki yoxlama oyunu elə yoxlama oyunudur”. Allsport.az saytı xəbər verir ki, bunu sportpress.az-a açıqlamasında “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcü mütəxəssis “Simurq”a qarşı keçirdikləri yoxlama oyununu belə şərh edib: “Komandam yaxşı oynadı. Bir neçə qol şansımız da oldu. Lakin onları dəyərləndirə bilmədik. Yenə də qol vura bilməməyimiz çox mənfi haldır. Bunun üzərində çalışırıq. Əlimizdən ələni edirik ki, daha çox hücum edək. Qol vurmaq üçün qapıya daha çox zərbə endirmək lazımdır. Üstəlik, cinahdan təhkükəli ötürmələrin sayını da artırmaq lazımdır”.

Sxadadze növbəti turda “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri oyun barədə sualı belə cavablandırıb: “Çox çətin oyun olacaq. Mövsümə uğursuz başlasa da, artıq “Xəzər Lənkəran” özünə gəlib. Son oyunlarda da ard-arda uğurlu nəticələr qazanırlar. Amma biz də xeyli xal itirmişik. Odur ki, həmin xalları bərpa etməliyik. Bunun üçün də “Xəzər Lənkəran” üzərində qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqib çox güclüdür. Komandanın heyətində həm güclü yerli, həm də əcnəbi futbolçular var”.

ramin musayev

Həmin kateqoriyadan